İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova İstanbulda “məxfi” görüşün keçirildiyini təsdiqlədi

1801 04.10.2023 16:41 Siyasət A A

Rusiya XİN Qarabağda antiterror tədbirləri başlamazdan əvvəl İstanbulda Rusiya, ABŞ və Aİ nümayəndələri arasında görüşün keçirilməsinə dair “Politico” nəşrinin yaydığı məlumatı təsdiq edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı danışıb.

Zaxarova bununla belə sentyabrın 17-si İstanbulda keçirilən bu görüşün “Politico”nun iddia etdiyi kimi məxfi olmadığını diqqətə çatdırıb: “ABŞ və Aİ bizə müraciət edərək görüşün keçirilməsini istəyiblər. Mən bunu təmas adlandırardım. Görüşün məqsədi vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq olub. Bu görüşdə məxfi heç bir şey yoxdur”.

Xatırladaq ki, “Politico” sözügedən görüşdə ABŞ-ni Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Toivo Klaar, Rusiyanı Prezident Vladimir Putinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib. İddialara görə, tərəflər danışıqlar zamanı Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR