İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: “Bunun arxasında kimin dayandığını bilirik”

2627 27.09.2023 16:19 Son xəbər A A

“Müxtəlif xarakterli ekstremist bəyanatlar verənlərə, Rusiya ilə Ermənistanın münasibətlərini şübhə altına alanlara fikir verməyin. Bütün bunlar keçəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bunun arxasında kimin dayandığını və kimlərin bu cür əhval-ruhiyyəni qızışdırdığını bilirik. Ermənistan xalqı kimin düşmən, kimin dost olduğunu görür. Ermənistan xalqı bilir ki, Rusiyadan həmişə onlara müxtəlif formatlarda yardım gəlib”, - deyə Rusiya XİN rəsmisi bildirib.

Zaxarova ABŞ-ın bostanına daş atmağı da unutmayıb: “Ermənistan daxilində media məkanının informasiya emalına nəhəng resurslar ayrılır. ABŞ-ın Ermənistandakı səfirliyinin 2000 əməkdaşı məhz bununla məşğuldur. Son bir ildə Qərb dünyası, Vaşinqton, Brüssel, Paris özlərini yeni vasitəçi və yeni təminatçı elan ediblər. Bütün bunların nəyə gətirib çıxardığını görürsünüz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR