İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS lideri bu ölkədə DƏFN OLUNACAQ YENİLƏNİB

1781 31.07.2024 14:17 Gündəm A A

Sabah Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin cənazəsi ilə vida mərasimi olacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Shahrara News” məlumat yayıb.

Qeyd olunub ki, Tehran sakinləri bu gün Fələstin meydanında saat 17:00-da HƏMAS liderinə qarşı törədilən terror aktını pisləmək üçün aksiya keçirəcəklər.

Qətərin hökumət mənbələri bildirir ki, İsmayıl Həniyə avqustun 2-də bu ölkənin paytaxtı Dohada torpağa tapşırılacaq.

11:59

***

Öldürülən HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Həniyənin dəfn mərasimi Tehranda keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Mərasimin sabah baş tutacağı güman edilir.

Qeyd edək ki, dünən İran prezidentinin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər edən HƏMAS lideri bu gün səhər saatlarında Tehranda öldürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR