İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən daha bir BƏDBİN XƏBƏR 

645 31.07.2024 13:25 Dünya A A

Çinin istehsalat sektorunda satınalma menecerləri indeksi (PMI) iyul ayında 49,4 bəndə qədər azalıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Çinin Milli Statistika İdarəsinin (NSO) hesabatında açıqlanıb.

Ötən ay göstərici 49,5 bənd olmuşdu.

İyulda qeydə alınınan göstərici fevral ayından bəri ən aşağı səviyyə olsa da, ekspert gözləntilərindən bir qədər yüksəkdir. Belə ki, "Trading Economics"in məlumatına görə, analitiklər 49,3 bəndədək azalma gözləyirdilər.

Qeyd edək ki, 50 bənddən yuxarı indeks dəyəri sənaye sektorunda aktivliyin artmasını, aşağıda - zəifləməni göstərir. Göstərici artıq üçüncü aydır ki, bu səviyyədən aşağıdır.

Çin iqtisadiyyatının vəziyyətini əks etdirən göstəricilər ölkənin tələbatına dair bədbinlik yaratmaqla xammal bazarlarında qiymətlərə salıcı təsir göstərir. Son iki gündə belə məlumatlar fonunda xüsusilə neft qiymətləri ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR