İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulinin sonrakı ağlı – Cəhənnəmə “bir istiqamətli” bilet alanlar

3939 11.10.2022 20:30 Yazarlar A A

Ermənistan 2 ildir faktiki yiyəsiz qalıb. Hətta dünənədək ona pullu havadarlıq edənlər də valı dəyişiblər. Ənam, rüşvət daha kara gəlmir. Çünki başı əməllicə əzilmiş, həm də haqqına əzilmiş miskin, rəzil bir topluma, kapitulyant ölkəyə sahib çıxmaq heç də zövqverici məşğuliyyət deyil. İllah da bu toplum başına gələnlərdən sonra da köhnə hikkəsindən əl çəkmək istəmirsə.

Odur ki, adı Azərbaycanın “qara siyahısı”nda olan bədnam Konstantin Zatulinin də separatçıları məyus edən açıqlamalar verməyə başlaması təəccüblü olmadı. Hər halda, ağlı başında olan kəs cəhənnəmə “bir istiqamətli” bilet alana yol yoldaşı olmaq istəməz.

Gəldik mətləb üstünə.

“Qarabağ (bir ovuc separatçı nəzərdə tutulur – Z.S.) çətin vəziyyətdədir və istənilən varianta hazırdır. Ancaq Rusiya indiki durumda Qarabağı ilhaq edə bilməz. Biz belə bir məsuliyyəti üzərimizə götürə bilmərik. Ona görə ki, bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma deməkdir. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdə çıxış etsin”.

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini ermənipərəst Konstantin Zatulin bu sözləri erməni jurnalistin “Qarabağ Rusiyaya ilhaq edilə bilərmi” təxribatçı sualına cavab verərkən deyib.

“Biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində rolumuzun fərqindəyik. Ancaq mənə elə gəlir Ermənistan ilk növbədə öz daxilində məsələləri həll etməlidir. Son vaxtlar Nensi Pelosinin (ABŞ Nümayəndələr Palatasının spikeri – Z.S.) səfəri və müxtəlif görüşlərlə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik. Başa düşürük ki, Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, İrəvan Rusiya ilə sıx əlaqələr saxlayacaq qədər ağıllı olacaq”, - deyə Zatulin faktiki surətdə Ermənistanı həm aşağılayıb, həm də hədələyib. Hayları “ağıllı olmağa” çağırıb.

Amma ermənilərin ağlı olsaydı, daha nə var idi ki... Ermənin ağlı-dərrakəsi olsaydı, Zatulin kimi siyasi şarlatanların ümidinə qalmazdı ki. Haylar normal zəka yiyəsi olsaydılar, iki əsrdir rusun bölgədəki maşası rolunu oynayardılarmı – buna görə zaman-zaman zərbələr yesələr də, başları daşdan-daşa dəysə də?!

Deyir, “ağıllı adam düşdüyü çətin vəziyyətdən məharətlə çıxır, müdrik isə belə vəziyyətlərə ümumiyyətlə düşmür”. Erməni isə ikinci yüz ildir qarşıda “bataqlığın” olduğunu bilə-bilə yenə ora can atır. Xoşbəxtliyi, rifahı lap yaxında – qonşuluqda ola-ola, onu uzaqlarda – Rusiyada, Qərbdə, Avropada axtarır. Sonuncular isə ermənilərin istədiyini verə bilməz. Verməyəcəklər. Zira, ermənilər azad xalq deyil, köləlik sevən məxluqlardır. Azadlıq istəməyən, ayaq üstdə olmayan xalq isə həmişə ayaq altda olur!..

İşə baxın, dünənədək “müstəqil artsax”dan, “ikinci erməni dövləti”ndən dəm vurub hamının baş-beynini aparanlar indi Rusiyaya “birləşməyi” xəyal edirlər. Təki Azərbaycanın tərkibində olmasınlar. Bu onların ruhən xəstə tayfa olduğunu bir daha təsdiqləyir.

Amma rus ermənidən fərqli olaraq, ruhi xəstə deyil - işğalçı olsa da. Gerçəyi ciddiyə almağı pis-yaxşı bacarır. Güney Qafqazdakı yeganə forpostunun burnu yaxşıca ovulan Rusiyanın işi isə bu dəqiqə həqiqətən “yaşdır”, “quyruğu” neçə aydır Ukraynada qapı arasında qalıb. Çıxara bilmir.

Aydındır ki, hər kəsə öz dərisi daha yaxındır. Sonra başqasının, dostunun, müttəfiqinin dərisi. Zatulin də qanmaz ermənilərə elə bunu anlatmaq istəyir ki, cənab haylar, Rusiya öz dərisinin hayındadır, nə Ermənistan, nə “artsax”, nə ilhaq? Başınıza havamı gəlib?

Yəni rus bu qədərmi axmaq və məntiqsiz oldu iki cüt bir tək Qarabağ ermənisinə xatir regionun iki aparıcı ölkəsi ilə davaya, konfrontasiyaya qalxsın? Axı “qulpsuz çamadan” sayılan Ermənistandan, daima dotasiya ilə yaşamağa öyrəşmiş dilənçi bir xalqdan Rusiyaya nə fayda dəyib indiyədək?

İş də ondadır ki, Ermənistan Rusiyanın da, Qərbin də bir neçə dəfə “işlənmiş”, uğursuz layihəsidir. Həmişə də belə qalacaq. Çünki bölgədə heç vaxt Azərbaycandan güclü, Azərbaycandan böyük dəyərdə ola, Azərbaycandan önə çıxa bilməyəcək. Nə hərbi cəhətcə, nə də iqtisadi.

Azərbaycanın, Türkiyənin yanında deyil, önündə olduqca, bu xalqın faciələri bitməyəcək. Necə ki, bitmir...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR