İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə narkoman küçədəki insanlara hücum etdi: Ölənlər və yaralılar var - ANBAAN GÖRÜNTÜLƏR

570 24.07.2024 22:44 Dünya A A

Türkiyənin Bingöl vilayətinin Bahçelievler məhəlləsində narkotik aludəçisi bıçaqla ətrafındakı insanlara hücum edib.

Bu barədə Oxu.Az "Sondakika" nəşrinə istinadən bildirir.

Məlumata görə, dəhşətli hadisə zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilərək nəzarət altına alınıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hücum anı ərazidə yerləşən iş yerinin təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

Bingöl vilayəti Polis İdarəsindən verilən yazılı açıqlamada hadisə ilə bağlı istintaq işinin başlandığı bildirilib.

"Narkotik aludəçisi olan şəxsin kəsici alətlə mülki vətəndaşlarımıza hücumu nəticəsində 2 nəfər həyatını itirib, yaralanan 7 vətəndaşımız Bingöl Dövlət Xəstəxanasında müalicə alır.

Hücum edən şəxs saxlanılıb və məsələ ilə bağlı məhkəmə prosesi davam etdirilir", - deyə açıqlamada qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR