İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı- Video

720 08.02.2023 15:09 Hadisə A A

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.

Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb. 

Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR