İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalujnı Ukraynanın Londondakı səfiri təyin olundu – Öz istəyi imiş...

622 08.03.2024 00:08 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə ölkə Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının namizədliyi ilə razılaşıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb: “2024-cü il martın 7-də, Ukrayna Prezidenti Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb. Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə aqremanla bağlı müvafiq sorğu göndərib”.

Zelenski sosial şəbəkə hesabında Britaniyaya səfir təyinatını Zalujnının öz istəyi olduğunu qeyd edib: “Bu, onun öz istəyidir. Bizim Britaniya ilə əlaqələrimizin daha da dərinləşməsinə ehtiyacımız var”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR