İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

331 06.06.2024 14:36 Siyasət A A

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR