İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Orucun Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib FOTO

881 18.12.2023 13:18 Siyasət A A

2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun Mərkəzi Seçki Qərargahının (MSQ) ilk iclası keçirilib.

Mərkəzi Seçki Qərargahının Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, dekabrın 18-də keçirilən iclasda namizədin Mərkəzi Seçki Qərargahının üzvləri təyin edilib.

Seçki Qərargahının sədri milli təhlükəsizilik və hərbi humanitar elmlər üzrə professor, sosial fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova təyin edilib.

Namizədin seçkilərdə fəaliyyətinin əsas istiqamətləri, vətəndaş imzalarının toplanması üçün təşkilati tədbirlər, gələcəkdə rəsmən qeydə alınacağı təqdirdə platforma və proqramların hazırlanmasına dair qərarlar qəbul olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR