İnsanlara hürriyət, millətlərə istiqlal!

Zafer Sarıkaya: "Azərbaycan erməniləri bərabərhüquqlu vətəndaşlıqla təmin etməyə hazırdır"

456 05.12.2023 11:36 Siyasət A A

"Tarix boyu minlərlə azərbaycanlı Ermənistan ərazisindən qovulub. Ermənilər mədəni abidələri, mədəni-tarixi irsi, ibadət yerlərini dağıdıblar. Bütün bunlar elə bir səviyyədə olub ki, müasir Ermənistanda azərbaycanlıların mövcud olmasından danışa bilmirik".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, AK Parti sədrinin müavini Zafer Sarıkaya Bakıda keçirilən "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

AK Parti sədrinin müavini qeyd edib ki, azərbaycanlıların dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması təmin edilməlidir:

"Azərbaycan Qarabağda yaşayan ermənilərə çağırış edərək onların bölgəni tərk etməsini istəmədiyini bildirib. Yəni Azərbaycan onları bərabərhüquqlu vətəndaşlıqla təmin etməyə hazırdır. Amma biz gördük ki, iki həftə ərzində oradakı əhali Ermənistan ərazisinə köç etdi və nəticədə qərəzli və birtərəfli olaraq Ermənistanda olan müəyyən qruplar, erməni diasporu və bəzi Qərb ölkələri bölgədəki faktiki vəziyyətə uyğun olmayan hərəkətlər etdilər".

Zafer Sarıkaya həmin ölkələrin bu gün insan hüquqlarının təmin edilməsindən danışdıqlarını təəssüflə əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR