İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüz il əvvəl yoxa çıxmışdı - 50 milyona SATIŞA ÇIXARILDI FOTO

879 26.01.2024 16:29 Dünya A A

Avstriyada Qustav Klimtin yüz il əvvəl yoxa çıxmış “Portrait of Fräulein Lieser” tablosu hərraca çıxarılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, hərrac aprelin 24-də Vyanada keçiriləcək.

Rəsm əsərinin 30-50 milyon avroya satılacağı gözlənilir.

Hərracçılar bu portretin tapılmasını sensasiya adlandırıblar.

Qeyd olunub ki, o vaxt yerli yəhudi ailəsinə mənsub olan rəsm sonuncu dəfə 1925-ci ildə Avstriyada nümayiş etdirilib. Rəsmin 1925-ci ildən 1960-cı illərə qədər harada olduğu bəlli deyil.

Hərracdan əvvəl tablo Almaniya, Honkonq, Böyük Britaniya və İsveçrədə sərgilənəcək.

"Bloomberg" xatırladır ki, 2023-cü ilin iyununda Klimtin "Pərəstişkarlı xanım" əsəri Londonda Sotheby's hərrac evində 108,7 milyon dollara satılıb. Bu, Avropada hərracda satılan ən bahalı sənət əsəri olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR