İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanın kabusuna çevrilən türk SİLAHI

590 12.06.2026 12:44 Dünya A A

Yunanıstan mətbuatı ASELSAN tərəfindən "Polad Qübbə" (Çelik Kubbe) layihəsi çərçivəsində hazırlanan DRONDEF sistemini diqqət mərkəzinə gətirib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, Türkiyənin PUA əleyhinə müdafiə texnologiyalarındakı sürətli inkişafına diqqət çəkilən məqalədə, Yunanıstan dronlarını tamamilə təsirsiz hala gətirmək gücündə olan bu sistemin Afina tərəfindən çox yaxından izlənildiyi bildirilib.

Yunanıstanın məşhur rəqəmsal xəbər və analiz platforması "Pentapostagma" ASELSAN tərəfindən hazırlanan inteqrasiya olunmuş pilotsuz uçuş aparatlarından müdafiə sistemi DRONDEF haqqında genişmiqyaslı analiz materialı dərc edib.

"Egeyi təhdid edən Türk qübbəsi: Yunan insansız hava aparatlarını kor etməyi hədəfləyən 8 qatlı şəbəkə" başlığı ilə təqdim olunan məqalədə, bu sistemin Egey dənizindəki təhlükəsizlik balansları baxımından mütləq diqqətlə izlənilməli olan bir hərbi gücə çevrildiyi vurğulanıb.

Xəbərdə qeyd olunub ki, Türkiyə xüsusilə son illərdə PUA və anti-dron texnologiyalarına yatırımlarını kəskin şəkildə sürətləndirib.

Yunanıstanın isə bu sahədə xeyli gecikdiyi və yalnız son zamanlar müəyyən addımlar atmağa başladığı etiraf edilib.

"Pentapostagma" portalı ASELSAN-ın istehsal etdiyi sistemlərin Türk müdafiə sənayesinin çatdığı yüksək texnoloji səviyyəni aydın şəkildə nümayiş etdirdiyini xüsusi qeyd edib.

Yunan mətbuatı ASELSAN-ın iyunun 6-da keçirdiyi təqdimat tədbirində PUA-lara qarşı hazırlanmış inteqrasiya olunmuş Dron Müdafiə Sisteminin (DRONDEF) nümayiş olunduğunu xatırladıb.

Analizdə sistemin tərkibindəki İHTAR, EJDERHA və GÖKBERK kimi komponentlərin mini və mikro sinif PUA təhdidlərinə qarşı tam koordinasiyalı şəkildə fəaliyyət göstərdiyinə diqqət çəkilib. Bu təqdimatın Türkiyənin "Polad Qübbə" konsepsiyasının hansı qüdrətli səviyyəyə çatdığını gözlər önünə sərdiyi ifadə edilib.

Məqalədə həmçinin DRONDEF-in təxminən 10 kilometr məsafəyə qədər hədəfləri aşkarlaya bildiyi qeyd olunub və sistemin fərqli alt komponentləri barədə yüksək qiymətləndirmələr yer alıb.

Xatırladaq ki, ASELSAN tərəfindən hazırlanan "Polad Qübbə"nin əsas komponentləri – İHTAR, EJDERHA və GÖKBERK sistemləri daha əvvəl keçirilən sınaqlarda üç fərqli ssenari üzrə müəyyən edilən bütün hədəfləri uğurla zərərsizləşdirib.

Türk müdafiə sənayesinin flaqmanı olan ASELSAN, son dövrlərdə döyüş meydanlarında ən böyük təhdidlərdən birinə çevrilən mini və mikro PUA-lara qarşı fərqli texnoloji əsaslara malik çox sayda müdafiə sistemi ərsəyə gətirib.

Sözügedən sistemlər ASELSAN-ın Gölbaşı Test Mərkəzində təşkil edilən və dünyanın 19 fərqli ölkəsindən beynəlxalq nümayəndə heyətlərinin, eləcə də yerli və xarici media mənsublarının qatıldığı geniş təqdimat mərasimində öz tapşırıqlarını qüsursuz şəkildə yerinə yetirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR