İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan qırıcıları Türkiyə təyyarəsinə hücum etdi

1659 05.09.2022 14:58 Region A A

Yunanıstan hərbi hava qüvvələri NATO əməliyyatı çərçivəsində missiyanı yerinə yetirən Türkiyə dəniz patrul təyyarəsini ələ keçirməyə cəhd edib.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Verilən informasiyada Yunanıstanın Egey və Şərqi Aralıq dənizində aqressiv davranışlarını kəskin şəkildə artırdığı, təkcə bu ilin 8 ayında 1616 dəfə Türkiyənin hava məkanı və ərazi sularının pozulması hallarının qeydə alındığı bildirilib. Avqustun 15-dən bəri yunan pilotların Türkiyə təyyarələrini təqib etməsi ilə bağlı 14 insident qeydə alınıb.

Agentliyin məlumatına görə, sonuncu belə hadisə sentyabrın 1-də Rodos adasında baş verib.

“Yunanıstan hərbi hava qüvvələri NATO-nun Aralıq dənizində dəniz mühafizəsi missiyasının bir hissəsi olaraq tapşırığı yerinə yetirən Türkiyə dəniz patrul təyyarəsini ələ keçirməyə cəhd edib. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin silahlı olmadığını vurğulayıb”, - deyə məlumatda bildirilir.

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan tərəfinin hərəkətlərinə adekvat cavab verildiyini qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR