İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər il uşaqların vaksinasiyası sayəsində 4 milyona yaxın ölümün qarşısı alınır

218 30.07.2024 12:35 Səhiyyə A A

Peyvəndlər hər gün müxtəlif mikrob və viruslarla təmasda olan uşaqların immun sistemini gücləndirməklə, xüsusən immun sistemi zəif olan körpələri ciddi fəsadlara və ya ölümə səbəb ola biləcək təhlükəli xəstəliklərdən qoruyur.

Musavat.com xəbər verir ki, bu fikri “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilisində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

85f773ce-0d4d-44d0-978d-3557385813c2.jpg (209 KB)

Onun sözlərinə görə, dünyada hər il uşaqların vaksinasiyası sayəsində 4 milyona yaxın ölümün qarşısı alınır: “Uşaqların vaxtında peyvənd olunması vacibdir. Vaksinasiyanın əhatəsi aşağı düşdükdə və ya digər ölkələrdən gətirilmə xəstəlik halları nəticəsində qızılca, difteriya, göyöskürək, poliomielit kimi yüksək yoluxucu və təhlükəli xəstəliklər yenidən baş qaldıra və alovlanmalara səbəb ola bilər. Belə halda peyvənd olunmayan uşaqlar yoluxma riskinə məruz qalırlar. Buna misal olaraq Azərbaycanda son illər qeydə alınan qızılca xəstəliyinin alovlanmasını göstərmək olar. Qeyd etmək lazımdır ki, qızılcaya qarşı peyvəndlərdən kənarda qalan uşaqların, 11-40 yaşlarda qızılca xəstəliyi keçirməyən və bu infeksiyaya qarşı peyvəndi olmayan şəxslərin peyvəndlənməsi davam etdirilir”.

A.Əliyeva qeyd edib ki, hazırda uşaqlar arasında 11 infeksiyaya qarşı peyvənd işləri aparılır: “2024-cü ilin mart ayından ölkədə 6-komponentli Heksavaksin tətbiq edilir. Həmin vaksin uşaqları eyni vaxtda 6 infeksiyadan qoruyur - difteriya, göyöskürək, tetanus, b tipli hemofil infeksiya, hepatit B, poliomielit. Heksavaksin uşaqlara iki, üç, dörd aylığında vurulur, təhlükəsiz və effektiv vaksindir. Aparılan məqsədyönlü immunizasiya tədbirləri nəticəsində Azərbaycanda 1996-cı ildən poliomielit, 2007-ci ildən məxmərək, 2009-cu ildən difteriya xəstəlikləri qeydə alınmır. Digər idarəolunan xəstəliklərdən epidemik parotit, tetanus xəstəlikləri tək-tək hallarda qeydə alınır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR