İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi oldu

546 28.07.2022 00:47 İdman A A

İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Musavat.com Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan millisi mundialda uğurlu çıxışla yadda qalıb. Yarışda iştirak edən 10 idmançıdan 7-si fəxri kürsüyə qalxıb. Bu da son 10 ildə bu yaş qrupunda yunan-Roma güləşində ən yaxşı göstəridir.

Romada Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) isə bürünc medal qazanıb.

Beləliklə, yığma 130 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran 135 xalla birinci, Gürcüstan isə 121 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, xalların sayına bu nəticə U-17 dünya çempionatları tarixində Azərbaycanın yunan-Roma güləşində yeni rekorddur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR