İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuliya Navalnaya ərinin ölümünə sevinir və..." - ŞOK VİDEO

2032 19.02.2024 14:05 Dünya A A

Dünya şöhrətli psixoloq və fəxri professor Paul Ekman rusiyalı müxalif Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya barədə diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, psixoloq ərinin ölümündən danışan Navalnayanın mimikalarını təhlil edib.

Paul Ekman qeyd edib ki, Yuliya Navalnayanın üzündə “qəribə təbəssüm” olub və bundan belə anlamaq olar ki, qadın ərinin ölümünə sevindiyini və yüngülləşdiyini gizlədə bilmir.

Professor iddia edib ki, Yuliya Navalnaya ərinin ölümündən sonra bütün diqqəti öz üzərinə çəkməyi bacarıb:

"Onun reaksiyası sevimli ərinin ölümündən xəbər tutan qadının reaksiyası deyil. Qarşımızda ərinin ölümündən sonra dünyanın diqqətini öz üzərinə çəkən, güclü qadın var. O istəyirdi ki, dünya yalnız onun haqqında danışsın”, - Ekman qeyd edib.

Qeyd edək ki, Paul Ekman emosiyaların və onların üz ifadələri ilə əlaqəsinin tədqiqində qabaqcıl olan San-Fransisko, Kaliforniya Universitetində amerikalı psixoloq və fəxri professordur. O, XX əsrin ən çox istinad edilən 100 psixoloqu arasında 59-cu yerdə qərarlaşıb. Ekman "Bacarırsansa, məni aldat" kitabının müəllifidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR