İnsanlara hürriyət, millətlərə istiqlal!

Yüksək vəzifəli ABŞ rəsmisi Ankara və Afinada: Müdafiə məhsullarının istehsalı əsas mövzulardan biridir

567 06.04.2024 01:03 Dünya A A

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Cessika Lyuis aprelin 4-9-da Türkiyə və Yunanıstana səfər edəcək.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər zamanı ABŞ rəsmisi iki əsas NATO müttəfiqi ilə təhlükəsizlik əməkdaşlığı, müdafiə ticarəti və ümumi regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Ankara və İstanbulda dövlət katibinin köməkçisi Lyuis aprelin 4-6-da yeni yaradılmış ABŞ-Türkiyə strateji çərçivəsini hazırlamaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək. Dövlət katibinin köməkçisi həmçinin Türkiyənin hərbi sursat zavoduna baş çəkəcək və Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsinin təcili ehtiyacını vurğulamaq üçün beynəlxalq müdafiə sənayesinin nümayəndələri ilə görüşəcək.

Aprelin 6-9-da Afinada dövlət katibinin köməkçisi müdafiə və xarici işlər nazirliklərinin yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmələr aparacaq. Lyuis Yunanıstanın hərbi modernləşdirilməsi prioritetləri, o cümlədən Yunanıstanın ABŞ-dan müdafiə məhsulları alması ilə bağlı əməkdaşlığı müzakirə edəcək. O, həmçinin Ukraynaya yardım kimi təhlükəsizlik məsələləri üzrə ABŞ-Yunanıstan əməkdaşlığını, dəniz əməkdaşlığı, terrorizmlə mübarizə və dəniz quldurluğu ilə mübarizəni müzakirə edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl beynəlxalq mətbuat ABŞ-ın Ukrayna üçün mərmi istehsalında Türkiyənin imkanlarından istifadə etmək planı var.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR