İnsanlara hürriyət, millətlərə istiqlal!

Yorğunluq hissini aradan qaldıracaq vasitələr

426 28.07.2024 20:55 Yaşam A A

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər.

Əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi, dırnaq qırılması, başgicəllənməsi varsa, həkimə müraciət etməniz məsləhətdir.

Əsasən A və B qrup vitaminləri, dəmir çatışmazlığında  bu hallar baş verir.

Bəs, bunu necə aradan qaldırmaq olar?

Günlük menyununuzda təzə və mövsümi meyvə-tərəvəzlərə üstünlük verin.

Bundan əlavə yumurta, mal əti, spanaq, paxlalı bitkilər, bəkməz dəmirlə zəngin olduğundan müalicədə köməkçi vasitə kimi istifadə edilə bilər.//Axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR