İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin “varisi” Malidə tuareqlərə əsir düşüb – Hərbi ekspert

554 28.07.2024 20:21 Dünya A A

Malidə pusquya düşən “Vaqner” özəl hərbi şirkətinin (PMC) döyüşçüləri arasında Yevgeni Priqojinin keçmiş komandirlərindən biri, onun varisi sayılan Lotus ləqəbli Anton Yelizarov da olub.

Musavat.com xəbər verir ki, bu məlumatı hərbi ekspert Boris Rojin paylaşıb.

Qeyd edək ki, iyulun 27-dən 28-nə keçən gecə ölkənin şimalındakı səhrada birgə patrul xidməti həyata keçirən vaqnerçilər və Mali hökumət qoşunlarının bir dəstəsi Əl Qaidə-nin bir qolu olan Al-Azavad Hərəkatları Koordinasiyasının Tuareg döyüşçüləri tərəfindən pusquya salınıb. Bəzi mənbələrə görə, ən azı 20 vaqnerçi həlak olub. Bundan əlavə, tuareglər Mi-24 helikopteri də daxil olmaqla bir neçə texnikanı ələ keçirə biliblər.
Rojinin sözlərinə görə, xeyli sayda hökumət əsgəri və bir neçə “Vaqner” döyüşçüsü əsir götürülüb, lakin bəziləri artıq dəyişdirilib. Əsir götürülənlər arasında Yevgeni Priqojinin varisi, hərbi ekspertin sözlərinə görə, artıq dəyişdirilmiş Lotus da olub.

Mövcud məlumata görə, vaqnerçilər döyüşən hökumət qoşunlarına kömək etmək üçün göndərilib. "Rus Baharının Hərbi Müxbirləri" Telegram kanalı, döyüşçülərin güclü qasırğa üzündən hava müdafiəsindən məhrum olduqlarını yazır. Tuareqlər bundan istifadə edərək Vaqner dəstələrindən birini əhatəyə salıblar.

Reuters və Associated Press üsyançı hərəkatın "Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Çərçivə" bəyanatına istinadən bildirir ki, Əlcəzair sərhədi yaxınlığındakı Tinzauaten şəhərində döyüşlər zamanı Tuareglər Mali ordusunun və rus muzdlularının bütün kolonnasını məğlub edərək onların avtomobillərini və zirehli maşınlarını ələ keçiriblər. Qeyd olunur ki, “düşmən böyük itkilər verib” bəzi Mali əsgərləri və Vaqner döyüşçüləri təslim olub.

Xatırladaq ki, Yelizarov Ukraynanın Soledar şəhərinin işğalına rəhbərlik edib. 2023-cü ilin yanvarında Prigogine ilk dəfə onun adını açıqlayıb. Bildirib ki, Lotus Rusiya, Luqansk və Donetsk Xalq Respublikalarının Qəhrəmanıdır. Daha sonra digər videolarda onun maskasız üzü görünüb. Teleaparıcı Vladimir Solovyov Soledara səfərindən sonra Lotusun tərcümeyi-halından bir sıra faktlar açıqlayıb. O bildirib ki, həmin şəxs Ryazan Hava Desant Məktəbinin məzunu, kapitandır. Səs-küylü bir işdə, 20 rus zabiti rəsmi mənzillərin qeyri-qanuni özəlləşdirilməsinə görə məhkum edildikdə, o, 3 illik şərti cəza alaraq hərbi xidmətini dayandırmalı olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR