İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin prezidenti qardaşı qızının nişanlısını həbs etdirdi - SƏBƏB VİDEO

1081 28.07.2024 21:08 Dünya A A

Qırğızıstanda prezidentin qardaşı qızının nişanlısı ölkənin cənubunu bürümüş təbii fəlakət zamanı “biabırçı şəkildə dəbdəbəli” evlilik təklifi etdiyi üçün həbs edilib.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Qırğızıstan prezidenti Sadır Japarov iyun ayında qardaşı qızının sevgilisi Aftandil Sabirbekovun Fövqəladə Hallar Nazirliyinin helikopterindən istifadə edərək, pafoslu toy təklifinə qatılanda qəzəblənib.

“The Telegraph”ın qeyd etdiyi kimi, Sabirbəyov heç vaxt açıq şəkildə üzr istəmədiyi halda, insidentdən iki həftə sonra prezident Japarov bəyin narkotiklə bağlı ittihamlarla həbs edilməsi barədə göstəriş verib.

“Qardaşım qızına görə insanlardan üzr istəyirəm, o da insanların fikirlərini dinləyir, bundan düzgün nəticə çıxaracağına inanıram”, - prezident yerli mediaya müsahibəsində bildirib.

Japarov həmçinin jurnalistlərə deyib ki, Sabirbekov qardaşı qızını sevməyib və ona yalnız “özünü qorumaq və qanunsuz əməllərini gizlətmək üçün” siyasi himayə almaq istədiyi üçün evlilik təklif edib.

Bununla belə, ekspertlər bildirirlər ki, prezidentin sərt reaksiyasına ilk növbədə iddialı nişan videosunun sosial şəbəkələrdə geniş yayılması və qırğız xalqının qəzəbinə səbəb olması səbəb olub. Məhz həmin an ölkənin cənubunda irimiqyaslı sürüşmələr baş verib və xilasedicilərə helikopterlər lazım olub.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR