İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi sürücülərə müraciət edib

697 09.11.2023 16:40 Gündəm A A

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayonunun ərazisində yoldakı təmirlə əlaqədar hərəkətin istiqaməti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Musavat.com-a idarənin əməkdaşı Araz Əsgərli məlumat verib.

Bildirilib ki, “Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar olaraq hərəkətin istiqaməti dəyişdirilir.

Bu, əsasən həmin yoldan istifadə edən və Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər.

“Təmir işlərinin beş gün davam etməsi nəzərdə tutulub. Xahiş edirik ki, sürücülər hərəkətin müvəqqəti dəyişdirilməsini nəzərə alsın”, - deyə A.Əsgərli vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR