İnsanlara hürriyət, millətlərə istiqlal!

Yermak Ancelina Colini yenidən Ukraynaya dəvət etdi

626 07.05.2022 21:16 Şou-biznes A A

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak amerikalı aktrisa və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Yermak bununla bağlı aktrisa ilə videogörüş zamanı bildirib.

Andrey Yermak bir çox ukraynalıları ruhlandıran, Ukrayna və dünya mediasının diqqətini cəlb edən humanitar səfərinə görə aktrisaya təşəkkür edib:


"Görüşdüyünüz hər kəs çox xoşbəxt idi. Çətin günlər keçirən insanların sizin kimi ruhlandırıcı bir insanla ünsiyyət qurmaq, enerji və emosiyalarını bölüşmək son dərəcə dəyərlidir".

Öz növbəsində Ancelina Coli də Lvova səfərinin təşkilində və dəstəklənməsində göstərdiyi köməyə görə Yermaka təşəkkür edib. O, görüşdüyü ukraynalılar, köməklik göstərən könüllülərlə ünsiyyətdən çox təsirləndiyini qeyd edib.

"Mən onlara hər cür kömək etməkdə qərarlıyam, xüsusən də uşaqlar üçün. Ölkənizin uşaqları üçün əlimdən gələni edəcəyəm”,-deyə aktrisa bildirib.


Andrey Yermak və Ancelina Coli ukraynalı uşaqların müharibə səbəbindən üzləşdikləri məcburi köçkünlük, yaxınlarından ayrılma, fiziki və psixoloji travma kimi problemləri həll etmək üçün praktiki tədbirlərin görülməsi zərurətini müzakirə ediblər. Ancelina bütün lazımi tədbirlərin düzgün təşkili və əməli yardımın göstərilməsi üçün məsul şəxslər və uşaqların problemləri ilə bilavasitə məşğul olan strukturlarla əməkdaşlıq etmək istəyindən danışıb. O, sahibsiz qalan, müvəqqəti işğal edilmiş və ya deportasiya edilmiş uşaqların taleyindən də çox narahat olduğunu söyləyib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR