İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yerkrapa” terrorçu təşkilatının daha bir üzvü öldü

1092 13.02.2024 16:29 Son xəbər A A

Fevralın 12-də “Yerkrapa” Könüllülər Birliyinin üzvü, 1984-cü il təvəllüdlü Qor Razmikoviç Asatryan qəfil ölüb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə birliyin məlumatında deyilir.

Qeyd olunur ki, ölümün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır.

Fevralın 13-də isə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində “Yerkrapa” birliyinin döyüş növbətçiliyində olan üzvləri məhv edilib. Onlar Eduard Hamletoviç Arutyunyan, 1974-cü il təvəllüdlü, Hraçya Talışeviç Ovannisyan, 1957-ci il təvəllüdlü, Qaqik Varazdatoviç Manukyan, 1982, Arsen Qagikoviç Ambartsumyan 1979-cu il təvəllüdlü terrorçulardır.

Təşkilatın daha bir üzvü, 1988-ci il təvəllüdlü Rostam Baqişeviç Vardanyan isə yaralanıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, “Yerkrapa” Könüllülər Birliyi adlı terrorçu təşkilat 1993-cü ildə, Qarabağın işğalı zamanı yaradılıb və Azərbaycana qarşı xeyli cinayətlər törədib. Hazırda terrorçulara Sasun Mikaelyan adlı terrorçu başçılıq edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR