İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Nazirlər Kabinetinin 37 üzvü - kim, nə vaxt...

2535 21.02.2024 12:32 Ölkə A A

Nazirlər sırasında baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur, baş nazirin birinci müavini Yaqub Eyyubov da hökumətə 1997-ci ildə gətirilib

Azərbaycanın yeni Nazirlər Kabineti 37 nəfərdən ibarətdir. Novator.az bildirir ki, kabinetdə baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1995-ci ildən 2006-cı ilə - nazir təyinatınadək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.

2019-cu ildən baş nazirlik edən Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri olub.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci, baş nazirin müavini Əli Əhmədov 1953-cü, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 1954-cü, baş nazir Əli Əsədov 1956-cı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci, müdafiə naziri Zakir Həsənov 1959-cu ildə doğulub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov 1961-ci, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci, energetika naziri Pərviz Şahbazov 1969-cu ildə anadan olub.

Səhiyyə naziri Teymur Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 1974-cü, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu ildə dünyaya gəlib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü, müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı il təvəllüdlüdür.

Ədliyyə naziri səlahiyyətlərini nazir müavini Azər Cəfərov (1954-cü ildə doğulub), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini sədrin birinci müavini Səyyad Salahlı (1952-ci ildə doğulub) icra edir.

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR