İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni müharibə həvəsində olanlara sual: “Nəynən, Aşot..?”

3766 19.08.2023 10:40 Siyasət A A

Görünən budur ki, bəzi erməni liderlər və onların tör-töküntüləri  ordularının ağır vəziyyətinə, xalqın heç bir müqavimət gücünün olmamasına baxmayaraq, mənasız xəyallar peşindədir

Ermənilər BMT Təhlükəsizlik Şurasının son iclasından sonra depressiyaya düşüblər. Artıq siyasətçisindən tutmuş, sıravisinə qədər hamısı xəyallarla yaşayır, həm də vəziyyətdən çıxmaq üçün nağıllar uydururlar. Bu kontekstdə yenidən Ermənistanı “Qarabağın müstəqilliyini tanımaq” çağırışları səslənir.  

Məsələn, politoloq Stepan Həsən-Cəlalyan da Ermənistanı Qarabağın “müstəqilliyi”ni dərhal tanımağa çağırıb.

“Bunun ardından Ermənistan Qarabağla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalamalıdır. Əgər belə olarsa, Ermənistan Qarabağla de-yure bir-birlərinin qarşısında qarşılıqlı öhdəliklər götürəcək. Xüsusən də, Qarabağa qarşı təcavüz olarsa, Ermənistan onlara hərbi dəstək vermək hüququna malik olacaq. İkincisi, Ermənistan artıq Qarabağın əvəzinə danışıqlar apara bilməyəcək. Yəni Qarabağ özü tərəf olacaq”, deyə o sərsəmləyib.

O deyib ki, Ermənistan və Qarabağ separatçıları Azərbaycana qarşı hərbi gücdən istifadə etməlidir. “Biz qısa zamanda Fərruxu, Daşbaşı yüksəkliyini, Hadrutu və digər əraziləri geri qaytarmalıyıq. Paralel olaraq, Zabux və digər məntəqələr də hərbi yolla Azərbaycanın əlindən alınmalı və Laçın dəhlizi ilə avtomobillərin sərbəst hərəkəti təmin edilməlidir”.

Ermənistan mətbuatı məğlub ölkənin dağınıq ordusunda baş verən son prosesləri gündəmə gətirib. Xüsusilə, erməni mediasının diqqətində Müdafiə Nazirliyində aparılan islahatlar fonunda həyata keçirilən sertifikatlaşdırma prosesidir. “Hraparak” qəzeti yazır ki, bu, orduda təşvişə səbəb olub. Bildirilir ki, orduda qeyri-sağlam ab-hava yaradan bu proses peşəkar kadr itkisi ilə nəticələnə bilər. Səbəb isə attestasiyada hərbçinin nə döyüş yolunun, nə yaşının, nə də peşəkarlığı faktının rol oynamasıdır.

“Sertifikatlaşdırma iki hissədən ibarətdir: birinci nəzəridir, peşəkar testlərdən ibarətdir. İkincisi praktiki tapşırıqlardır və sıra təlimi hazırlığı ilə bağlıdır ki, bundan da kimi yaşına görə, kimi də döyüş yaralarına görə keçə bilmir. Nəticədə onlar attestasiyadan kəsilir, real əməkhaqqı isə aşağı həddə qalır ki, bu da inflyasiya şəraitində yaşamağı mümkünsüz edir. Məlumata görə, bu qeyri-bərabər və qeyri-sağlam mühitdə bəziləri artıq xidmətdən istefa veriblər, bəziləri də getmək haqqında düşünürlər. Bu isə ordu üçün ağır nəticələrə səbəb ola bilər”, - deyə qəzet yazır.

Beləliklə, görünən budur ki, bəzi erməni liderlər və onların tör-töküntüləri  ordularının ağır vəziyyətinə, xalqın heç bir müqavimət gücünün olmamasına baxmayaraq, mənasız xəyallar peşindədir.

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov qeyd etdi ki, ermənilərin bütün həyatı yalan üzərində qurulub: “Ermənilərin oynadıqları çirkin oyunlar onların sonunu yaxınlaşdırır. Onlar tarixdə bir millət kimi formalaşa bilmədilər. Uzun illər çox çalışdılar ki, özlərinə böyük əraziləri olan bir dövlət qursunlar, lakin bunu seçdikləri əyri yollarla edə bilmədilər. Bu gün isə vaxtı ilə, min bir yolla, rusların əli ilə qurduqları qondarma dövləti də itirmək təhlükəsi ilə üzləşibilər. Belə bir durumda az-çox ağlı başında olan ermənilər Ermənistan deyilən dövlətin hara sürükləndiyinin fərqini anlayıb, bu ölkəni kütləvi şəkildə tərk edirlər. Onlar gələcək nəsillərinin öz qonşuları ilə davamlı münaqişə yaradıb, qan tökən bir dövlətin ərazisində yaşamasını istəmirlər. Son zamanlar Ermənistanda bu reallıqları dərk edənlərin sayı getdikcə çoxalır və onlar birinci imkanda ölkəni tərk edirlər. Bəzi qeyri-rəsmi məlumatlara görə indi Ermənistanda qalan əhalinin sayı bir milyondan bir qədər artıqdır”.

Sabiq nazir ermənilərin vaxtı ilə etdikləri çağırışların artıq reallaşmaq üzrə olduğunu söylədi: “Bu gün ermənilər böyük milli stress yaşayırlar. Onların otuz illik Qarabağ xəyalları puç oldu. Anlaşılan odur ki,  ermənilərin bu illər ərzində ”Qarabağı uduzmaq Ermənistanın sonu demək olacaq" çağırışları tam doğru bir çağırış imiş. Vaxtı ilə bizlər də belə çağırışları ermənilərin sıradan bir hay-küyü kimi dəyrləndirirdik. İndi aydın olur ki, onlar öz həqiqətlərini hamıdan yaxşı biliblər.

Tarixdə hərbi-siyasi münaqişəni uduzan ölkələr həmişə məğlubiyyətin sonuna yaxın blef ediblər. Ermənilər isə blef etməkdə mahir ustadırlar. İndi onlar hər şeylərini uduzduqlarını yaxşı anlasalar da, ağlını itirmişlər kimi, revanşdan danışırlar. Hansı hərbi-siyasi imkanlarla bu revanşı edəcəklər?

Çox təəssüf ki, Azərbaycan hökumətinin bütün addımlarında “yanlış axtaran” sapı özümüzdən olan bir qrup şəxslər diplomatiyamızın bu qələbəsində də “əmma” axtarışındadırlar. Boş danışıqlardan başqa əlləri heç nəyə çatmayan bu yazıqlar indi də beynəlxalq siyasət meydanında Azərbaycan diplomatiyasının növbəti qələbəsinin ömrünün uzun olmayacağını “əsaslandırmaq üçün” canfəşanlıq edirlər. Bu biçarələr deyirlər ki, BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılan məsələ ilə bağlı ermənilərin xeyrinə hər hansı bir sənəd qəbul olunmasa da, gələcəkdə - Rusiya BMT Təhlükəsizlik Şurasında üzvlükdən kənarlaşdırıldıqdan sonra, bu məsələ yenidən gündəmə gətiriləcək və ermənilər bu dəfə istədiklərinə nail ola biləcəklər. Sapı özümüzdən olanlar, ermənilərin bu məsələdə nə qədər “uzaqgörən” olduğunu xüsusi vurğulayır və onların gələcəkdə bu məsələ ilə bağlı uğur qazanacağını proqnoz edirlər. Bu məsələdə Rusiya deyil, bütün dünya Azərbaycanın yanındaydı və BMT Təhlükəsizlik Şurasının üzvlərinin böyük əksəriyyətinin Azərbaycan həqiqətlərinə səs verəcəyi öncədən hamıya məlum idi".

Bəhruz Məhərrəmov: "Bu layihə vəkillik fəaliyyəti üçün xüsusi önəm təşkil  edir"

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmovun fikrincə, zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə ziyanına işləyir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi də, hay cəmiyyəti də yaxşı başa düşür ki, ”humanitar fəlakət" şousu, Ermənistanın havadarları tərəfindən çox ciddi və şəbəkələşmiş dəstəyə rəğmən fiaskoya uğramaqdadır. BMT Təhlükəsizlik Şurasının gözləntiləri doğrultmaması bu reallığı bir daha üzə çıxardı ki, bu da İrəvanı hərbi təxribatlara sövq edir. Əslində Ermənistan müharibədə də bir şansının olmadığını başa düşür, lakin müharibəyə məzlum tərəf kimi tanınmaq üçün fürsət kimi baxır.

Lakin cənab İlham Əliyev Azərbaycan ətrafında elə geosiyasi situasiya formalaşdırıb ki, zaman Ermənistanın əleyhinə işləyir. Bakı özü isə bütün ssenarilərə hazırdır, o cümlədən müharibə ehtimalına. Dövlət başçısı özü də açıq mətnlə dəfələrlə bildirib ki, mümkün revanş cəhdi və müharibə ssenarisi Ermənistan üçün son olacaq.

O ki qaldı siyasi manipulyasiyalara, bu qəbildən, Ermənistanın guya Qarabağın “müstəqilliyini” tanıması, daha sonra hər iki rejimin müttəfiqlik əlaqələrinə, bu, sadəcə, boş xülyalardır.

O ki qaldı Ermənistanın Qarabağ separatçıları ilə Azərbaycana qarşı “güclərini birləşdirməsinə”, guya 30 il ərzində Azərbaycanla müharibə edən separatçılar idimi? Azərbaycan Ermənistanla, onun havadarları ilə döyüşüb, açıq müharibədə böyük qələbə qazanıb. Separatçılar isə Ermənistan ordusunun tərkib hisssəsi kimi döyüşlərdə iştirak edib. Ermənistanın fərari ordusunun qalıqları, azı 10 min nəfər hərbçi bu gün də Qarabağdadır.

Yəni hərbi ritorikanı yüksəltməklə, sürətlə silahlanmaqla, yaxud siyasi maipulyasiyalarla Ermənistanın nəyəsə nail olması mümkün deyil. Lakin görünən odur ki, İrəvan reallığı qəbul etmək istəmir və yeni gərginlik arzusundadır. Əlbəttə, biz bunu arzu etmirik, lakin istənilən təcavüz aktı qarşısında da cavabsız dayanmaq niyyətimiz yoxdur. Azərbaycanın həm gücün hüququ, həm də hüququn gücü ilə bəri başdan qalibiyyəti şübhə doğurmur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR