İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni məktəbli formalarının satışa çıxarılacağı TARİX DƏYİŞDİRİLDİ

1130 15.08.2022 14:00 Təhsil A A

Hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Musavat.com xəbər verir ki, bu barədə Trend-in suallarıın cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

O qeyd edib ki, məktəbli formaları avqustun 17-dən satışa çıxarılacaq.

"Formalar hazırlandıqdan sonra anbarlara yığılır. Hazırda yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb. Tikilən geyimlərin sayı hələ ki, məlum deyil. Qiymətlərə gəlincə isə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən aslıdır. Bununla bağlı hesablamalar aparıldıqdan sonra məlumat vermək mümkün olacaq", - deyə E. Əzimov əlavə edib.

Qeyd edək ki, daha məktəbli formalarının avqustun 16-da satışa çıxarılması planlaşdırılırdı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR