İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni geosiyasi ox: o, hara istiqamətlənib...

761 10.12.2022 11:02 Yazarlar A A

Bir tərəfdən daim yeni geosiyasi oxların, çoxbucaqlıların meydana çıxması təbiidir. Nə qədər ki, dünya geosiyasi və geoiqtisadi maraqlarla idarə ediləcək, onlar olacaqlar.

Odur ki, Azərbaycana və Türkiyəyə qarşı formalaşan Tehran-İrəvan-Moskva-Paris oxu haqqındakı söbətləri predmetsiz hesab etmək olmaz.

Ən azı ona görə ki, bu geosiyasi zəncirdə “ən yeni ünvan” yalnız Parisdir. Çünki hələ 90-cı illərin əvvəllərində siyasi şərhçilər və təhlilçilər durmadan Bakı və Ankaraya qarşı yaranan Tehran-İrəvan-Afina-Moskva zənciri haqqında yazırdılar.

Demək olmaz ki, hazırda Afina aktuallığını itirib və yaxud da öz mövqeyini dəyişibdir. Yox, Ankara–Afina münasibətləri soyuqdan da soyuq qalmaqdadır. Hazırda Afinanı bir məsələ məşğul edir. Bu da ABŞ-ın Türkiyəyə F-16-ların satışının bərpa olunması haqqında qərar verməsidir. Belə də isə iki dövlət arasındakı münasibətlər gərgin olaraq qalır və ona son vaxtlarda Aralıq dənizindəki karbohidrogen yataqları haqqında məsələlər də əlavə olunubdur.

O ki qaldı Parisə, burada iki məqam var. Hazırda ABŞ və Avropa ölkələrilə ilə Rusiya arasında yaşanan gərginlik Fransanı Rusiya ilə bir geosiyasi ittifaqda qalmağa vadar etmir, ona görə ki, Paris ən azı NATO kimi bir alyansın ən fəal üzvlərindən biridir. Fransanı Azərbaycana və Türkiyəyə qarşı bir geosiyasi cərgədə yer olması onun nəticəsidir ki, bu ölkədə böyük erməni diasporu var və onun siyasi mövqeyi ölkədaxili məsələlərdə, ən müxtəlif seçkilərdə heç də axırıncı planda deyil. Həm də Moskva istəməz ki, Paris Qarabağ məsələsində ciddi yer alsın. Hazırda Minsk Qrupunun prosesdən uzaqlaşması Moskvanın maraqlarına cavab verir, ən azı ona görə ki, biz bir məsələni unutmuşuq: Qarabağ məsələsinin beynəlmilləlləşməsi heç vaxt Kremlin maraqlarında olmayıb və sadəcə, biz hələ Qərbi yaxşıca tanımadığımız vaxtlarda çalışırdıq ki, Rusiyanı Qərblə balanslaşdıraq.

Otuz il bununla məşğul olduq və bir nəticənin hasil olmadğını görəndə bundan əl çəkdik və yalnız təbii müttəfiqmiz olan Türkiyənin ətəyindən yapışdıq.

Hazırda prosesə Qərbi yalnız Ermənistan cəlb etməyə çalışır. Ötən ay Praqa prosesində o, faktiki olaraq regiona Avropa məhdud missiyasını cəlb etdi. Bundan sonra Makronun iştirak etməyəcəyi təqdirdə danışıqlar prosesinə qatılmayacağını bildirdi və bununla da Brüssel prosesində məchul pauza yaratdı. Hazırda isə İrəvan KTMT-a qarşı öz iddialarını irəli sürür: qurumun son to0plantısında onu kəskin tənqid etdi və hətta onun yekun bəyannaməsini imzalamadı.

Bütün bunlar ideal, effektiv geosiyasi zəncir haqqında danışmağa imkan vermir. Moskva Ermənistanın növbəti həyasızlıqlarına, Parisin müdaxilələrinə ona görə dözür ki, yaxın müddətdə Azərbaycanla Ermənistan arasında slüh sazişinin imzalanmasında maraqlı deyil, ona görə ki, başı Ukraynaya qarışıb və həm də Dağlıq Qarabağı belə asanlıqla itirmək istəmir, çünki o, Moskvanı regionda saxlayan ən əsas “rıçaql”ardan biridir.

Qarabağ məsələsində Tehran Moskva üçün rəqib deyil. İranın bu məsələlərdə əldən-ayaqdan getməsi onun Azərbaycana və Türkiyəyə qarşı illərlə içində bəslədiyi düşmənçiliyindən irəli gəlir. Burada Rusiya üçün əsas rəqib Fransadır, çünki Nikol Paşinyan Ermənistanı Qərbə və onun timsalında Fransa tərəfə dreyf edə bilər ki, bu, qəti olaraq Moskvanın maraqlarında deyil. Ona görə yox ki, Kreml İrəvandan ötrü əldən-ayaqdan gedir. Yox, söhbət Ruisyanın Cənubi Qafqazdakı mövqelərindən gedir – Moskva onları itirmək istəmir. Ona görə də bu müstəvidə hələ ki, iki aktor var. Bunlar Rusiya və Fransadır. Tehranın çabaları, İrəvanı silah-sursatla, raketlərlə təmin etməsi son nəticədə onu müsəlman dünyasında biabır edəcək. Amma biz onun bu cəhdlərinə biganə və etinasız yanaşmamalı, ona qarşı özümüzün geosiyasi oxumuzu formalaşdırmalı, İrandakı etiraz aksiyalarına siyasi-mənəvi dəstəyimizi artırmalıyıq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR