İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yayda sağlam insanların belə ehtiyatlı davranması vacibdir” – Həkim

329 16.06.2026 14:12 Ölkə A A

“Yay aylarında temperaturun yüksəlməsi və Günəş şüalarının təsirinin artması insan sağlamlığı üçün müəyyən risklər yaradır. Xüsusilə, ultrabənövşəyi və infraqırmızı şüaların təsiri günün ən isti saatlarında daha güclü olur. Bun görə də saat 11:00-dan 16:00-dək birbaşa günəş altında qalmaq məsləhət görülmür”.

Bunu “Yeni Sabah”a terapevt Rasif Bağırov bildirib.

Onun sözlərinə görə, Günəş şüalarının uzun müddət təsiri nəticəsində dəridə yanıqlar yarana, müxtəlif dəri xəstəlikləri inkişaf edə bilər:

“Hətta bəzi hallarda dəri xərçəngi riskinin artdığı da qeyd olunur. Buna görə yalnız xəstələrin deyil, sağlam insanların da ehtiyatlı davranması vacibdir.

Risk qrupuna daxil olan şəxslər – yaşlı insanlar, azyaşlı uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər yay mövsümündə xüsusi diqqətli olmalıdırlar. Yaş artdıqca orqanizmdə suyun miqdarı azalır, isti hava isə maye itkisini daha da sürətləndirir. Bu vəziyyət xüsusilə yaşlı insanların yüksək temperatur şəraitinə dözümlülüyünü azaldır”.

R.Bğırov qeyd edib ki, xroniki xəstəlikləri olan şəxslərdə də isti hava sağlamlıq problemlərinin ağırlaşmasına səbəb ola bilər:

“Tövsiyə edilir ki, yay aylarında insanlar kifayət qədər su qəbul etsin, günün ən isti saatlarında açıq havada uzun müddət qalmasın və orqanizmin su balansını qorumağa çalışsınlar. Bu, həm sağlamlığın qorunması, həm də istinin mənfi təsirlərindən yayınmaq baxımından mühüm əhəmiyyət daşıyır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR