İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə yeni oyun başlayır

721 05.07.2026 18:32 Dünya A A

Birləşmiş Ştatların Yaxın Şərqdə diplomatik fəallığını artırdığı bir vaxtda prezident Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı diqqət mərkəzinə düşüb. Tərəflərin yaxın günlərdə ABŞ-də üz-üzə görüş keçirmək barədə razılığa gəlməsi yeni siyasi və hərbi qərarların anonsudur.

Görüşdə hansı məsələlər müzakirə olunacaq? Vaşinqton və Təl-Əviv regionla bağlı hansı yeni planları hazırlayır? Bu təmas Qəzzada atəşkəs danışıqlarına, İranla bağlı siyasətə və Yaxın Şərqdə qüvvələr nisbətinə necə təsir göstərə bilər?

Bu sualların fonunda hazırda gözlər Tramp-Netanyahu görüşünə çevrilib.

 kenan.jpg (34 KB)

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, son zamanlar tərəflər arasında ziddiyyət müşahidə olunduğuna bütün dünya şahidlik edir:

"Bu, əsasən dövlətlərin xarici siyasət kursu, o cümlədən Yaxın Şərq və İranla bağlı fərqli mövqeləri ilə bağlıdır. Bundan əvvəl rəsmi Təl-Əviv ABŞ-nin İranla razılaşma çərçivəsində Livanda atəşkəslə bağlı tələbinə dolayısı ilə isti baxmadığını bildirmiş və yalnız öz maraqları tələb edəcəyi halda buna gedəcəyini bildirmişdi. Ardınca Netanyahu bildirdi ki, İsrail hərbi sahədə ABŞ-dən asılılığını azaltmalı və öz imkanlarını inkişaf etdirməlidir. Eyni zamanda rəsmi Təl-Əvivin ənənəvi müttəfiqindən maliyyə baxımından asılılığı azaltmaq niyyəti barədə xəbər yayıldı. Bütün bunlar tərəflər arasındakı ziddiyyətin təzahürüdür. Yəqin ki, liderlərin görüşündə dövlətlərin xarici siyasətlərinin koordinasiya edilməsi və prioritet istiqamətlər barədə fikir mübadiləsi ilə yanaşı, həm də "sərin küləklər" müzakirə olunacaq. Bu görüşdən sonra hazırda zahirən o qədər də görünməyən gərginliyin daha aydın müşahidə olunması və ya tərəflərin yenidən "əl sıxışması" gözləniləndir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR