İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məni yaşadan arzularımdır" - VİDEO

280 05.07.2026 19:50 Şou-biznes A A

"Məni saxlayan həyat eşqidir. Arzularla yaşayıram. Dünya malında gözüm yoxdur. Gözəl ailəm var. İnsanı yaşadan arzulardır".

Bu sözləri müğənni Əlikram Bayramov "Künc-bucaq" yutub layihəsində deyib.

Sənətçi hər günə pozitiv başladığını, bədbinliyi özündən uzaq tutduğunu bildirib:

"Səhər həyat həvəsi ilə oyanıram. Bəzən biri oyanır, "ölürəm" deyir. Mən belə oyanmaram. Yaşamaq eşqi ilə oyanıram. Beş günlük dünyadır. Elə yaşamalıyıq ki, sonumuz gələndə nə üçün yaşadığımızı başa düşək. Enerjimi səhər toparlayıram. Bəzən pis ola bilərəm. Amma özümdə güc toplayıram. İnsan yaşamaq üçün gəlib bu dünyaya, gecə-gündüz işləmək üçün yox. İşləmək də lazımdır, amma yaxşı yaşamaq da lazımdır". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR