İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yarım litr araq içmişdik" - 2 nəfərin ölümünə səbəb olan sürücü danışdı - VİDEO

1951 22.03.2022 00:27 Hadisə A A

Bu gün Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

"Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi "MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri – "Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə "Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır”.

Musavat.com avtosfer.az-a istinadən xəbər verir ki, qəzaya səbəb olan yük maşının sürücüsü ifadəsində içkili olduğunu etiraf edib.

O, 4 nəfərə yarım litr araq içdiklərini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona iki nəfərin öldüyünü deyib. Sürücü "doğrudan iki nəfər?”, – deyərək təəccüblənib.

Sürücünün ifadəsini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR