İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaqub Zurufçunun oğlu fərqlənmə attestatı aldı - VİDEO

1141 14.06.2026 14:51 Təhsil A A

Mərhum Əməkdar artist Yaqub Zurufçunun oğlu Atilla Zurufçu növbəti uğuruna imza atıb.

Atillanın anası Aynur Zurufçu sosial şəbəkə hesabında paylaşım edərək oğlunun 9-cu sinfi uğurla başa vurduğunu bildirib.

O qeyd edib ki, Atilla buraxılış imtahanlarında yüksək nəticə göstərərək fərqlənmə attestatına layiq görülüb. Gənc məzun təhsil göstəricilərinə görə qırmızı attestat əldə edib.

Qeyd edək ki, mərhum sənətçi Yaqub Zurufçu Azərbaycan musiqisinin tanınmış simalarından biri olub. Onun oğlu Atillanın təhsil sahəsində qazandığı uğur sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR