İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

392 24.05.2024 10:07 Dünya A A

Yaponiya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib.

“Report”un məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Açıqlanan sənədə əsasən, sanksiyalar siyahısına Rusiyadan bir fiziki və doqquz hüquqi şəxs, Kiprdən isə iki hüquqi şəxs əlavə edilib. Xüsusilə, “224-cü Uçuş Dəstəsi” dövlət aviaşirkətinin baş direktoru Vladimir Mixeyçik Yaponiyanın sanksiyalarına məruz qalıb ki, bu da aktivlərin aşkar ediləcəyi təqdirdə dondurulacağını nəzərdə tutur.

Yaponiya Rusiyaya qarşı sanksiyaların bir hissəsi olaraq Kiprin “IBEX Shipping” və “Azia Shipping” şirkətlərinə də məhdudiyyətlər qoyub.

Yaponiya Xarici İşlər Nazirliyi öz bəyanatında növbəti dəfə Rusiyanı KXDR-dən silah almaqda ittiham edib. Moskva Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə və qəti şəkildə rədd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR