İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP Mərkəzi Aparatında təlim keçirilib  

396 13.07.2024 14:47 Siyasət A A

İyulun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planına uyğun olaraq səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təlimatlandırılması məqsədilə müşavirə keçirilib.

Partiyadan Musavat.com-a verilən xəbərdə deyilir ki, təlim zamanı seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı izahat və məlumat verilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR