İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğında öldüyü deyilən gənc qızı anasının keçmiş sevgilisinin öldürdüyü ortaya çıxdı - VİDEO, FOTO

1304 09.10.2022 09:07 Kriminal A A

Türkiynin Kocaeli şəhərində bir mənzildə baş verən yanğında 17 yaşlı Büşra Kabataş gənc qız həyatını itirib.

Musavat.com xəbər verir ki, Büşranın şübhəli ölümünün əsl səbəbini öyrənmək üçün geniş araşdırma başladılıb.

Polis qrupları Kocaelinin Gebze rayonunda bir mənzildə baş verən və 17 yaşlı gənc qızın həyatını itirdiyi yanğınla bağlı genişmiqyaslı araşdırma başladıb. Məlum olub ki, Büşra qətlin qurbanı olub.

Hadisə Kocaelinin Gebze rayonunda Mustafapaşa məhəlləsində yerləşən 3 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib. Əldə edilən məlumata görə, hələ məlum olmayan səbəbdən mənzilin bir otağında yanğın baş verib. Yanğını görən vətəndaşlar vəziyyəti 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbərdarlıq üzərinə yanğınsöndürənlər, təcili yardımvə polislər ünvana sövq edilib. Qısa müddətdə ünvana gələn yanğınsöndürənlər yanğını söndürmək üçün işlərə başlayıb. Yanğını nəzarət altına aldıqdan sonra otağa daxil olan qruplar 17 yaşlı Büşra Kabataşın yanaraq həyatını itirdiyini müəyyən edib.

Evdeki yangında öldüğü sanılan liseli Büşra, cinayete kurban gitmiş -  Güncel Gündem Haberleri

Həyatını itirən gənc qızın yaxınlarından başqa heç kəsi küçəyə buraxmayıblar. Hadisə yeri araşdırma qrupları və Respublika Prokurorluğunun araşdırmalarının ardından gənc qızın cəsədi cənazə maşınına qoyularaq ekspertiza üçün meyitxanaya aparılıb. Çevik qüvvət və polis qrupları saatlarla ərazini tərk etməyib. Yanğın zamanı həyatını itirən gənc qızın evdə tək olduğu iddia edilib. 

Polis gənc qızı öldürən şəxsin anasının köhnə sevgilsi Taner Y. olduğunu müəyyən edib. Qaçmağa hazırlaşan Taner Y.-nin hadisədən 2 saat sonra tutularaq nəzarətə alındığı öyrənilib.

Ev yangınında 17 yaşındaki genç kızın şüpheli ölümü - Kocaeli Gazetesi

Gənc qızı bıçaqlayaraq boğan Taner Y. polis əməliyyatlarının ardından bu gün ədliyyəyə sövq edilib. Taner Y. tutularaq həbsxanaya göndərilib.

Qətlin hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil. İstintaq davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR