İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yalnız özümüzə minnətdarıq” - VİDEO

1015 26.05.2025 21:55 Şou-biznes A A

Reper Elşad Xose 18 il sonra solo konsert verib.

Sənətçi Heydər Əliyev Sarayında “Manifest” adlı konsert proqramı ilə çıxış edib. 

Elşad gecədə tamaşaçılarına təşəkkür edərək bunları söyləyib: 

“Bu vaxtı, illər ərzində bizə dəstək oldunuz, birgə oldunuz, birgə addımladınız. Çox sağ olun. Kimə minnətdarıq, kimə minnətdar deyilik, sadalamayacağıq. Sözün açığı, özümüzdən başqa heç kimə minnətdar deyilik”. 

2000-ci illərdən bu günə qədər yadda qalan və sevilən hitlərini səsləndirən Elşadın konserti maraqlı anlarla yadda qalıb. 

Həmçinin o, “Avroviziya” təmsilçimiz Samira Efendi, müğənni Mehin Hümbətova və Samirə Əliməryəmlə duet səsləndirib.    (Olay)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR