İnsanlara hürriyət, millətlərə istiqlal!

Ancelina Colidən ŞOK ETİRAF: Özünü öldürtmək üçün qatil tutub

461 29.07.2024 19:45 Şou-biznes A A

Ancelina Coli müsahibəsində özünü öldürmək üçün qatil tutduğunu açıqlayıb.

49 yaşlı məşhur aktrisa 2001-ci ildə həyatının "olduqca qaranlıq" dövründə olduğunu və qatillə danışdığını açıqlayıb:

"Bu, çılğın səslənəcək, amma məni öldürmək üçün birini işə götürmüşdüm”.

Aktrisa öz həyatına qəsd etməkdənsə öldürülməyi üstün tutduğunu söyləyib.

Onun sözlərinə görə, Nyu-Yorkda qatil tapmaq “o qədər də çətin deyil:

“Bu barədə düşünüb iki aydan sonra ona fikrimi dəyişdiyimi dedim”.

Gənclik illərindən danışan Coli, altı uşağa analıq etməyin ona bir şəxsiyyət kimi böyüməsinə imkan verdiyini söyləyib:

“Əslində heç vaxt düşünməmişəm ki, kiminsə anası ola bilərəm. Valideyn olmağa qərar verdiyimi xatırlayıram. Sevmək çətin deyildi. Başa düşmək çətin idi ki, bundan sonra hər şeyin yaxşı olacağına əmin olmalıyam”. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR