İnsanlara hürriyət, millətlərə istiqlal!

Hidayət Heydərov finalda!- Yenilənir

782 29.07.2024 19:24 İdman A A

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Musavat.com xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib. 

H.Heydərov rəqibini məğlub edərək 1/4 finala adlayıb. 

***

Hidayət Heydərovun 1/4 finaldakı rəqibi müəyyənləşib.

İdmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq. 

***

Hidayət Heydərov Olimpiadada 1/4 final görüşünə çıxıb.

O, kanadalı Artur Margelidonla qarşılaşıb. İdmançımız bu görüşdə ipponla qalib gəlib. O, bu mərhələdə Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq.

***

Hidayət Heydərov yarımfinalda Kosova təmsilçisi Akil Qyakova ilə qarşılaşıb. Rəqibə qalib gələn Heydərov finala vəsiqə qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR