İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya ölüb, ya yaralıdır, ya da həbsdədir-Zalujnı müəmması  

1664 21.05.2023 13:00 Siyasət A A

 

Ukrayna Ali Baş Komandanın şəxsi iştirakı tələb olunan tədbirlərdə onun müavini təmsil edir-generalla bağlı iddialar

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı haqda müəmmalar davam edir. Zalujnı aprelin sonunda qəflətən həmişə aktiv olduğu informasiya məkanından yoxa çıxıb. Rəsmi Kiyevin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının yaralanması və ya ölməsi faktını təsdiqləməməsinə baxmayaraq, indiyədək bunu sübut edən hər hansı fakt da təqdim etməyib ki,  bu da Rusiya mediasına əlavə bəhanə verib.

Onun sosial şəbəkələrində təzə foto ilə mesajı son olaraq aprelin 13-də olub. Ali Baş Komandanın şəxsi iştirakı tələb olunan tədbirlərdə isə onun müavini general Sergey Naev iştirak edir. Əks-hücum üçün lazım olan silah və sursatların tədarükü məsələlərinin müzakirə edildiyi Ramştayn bazasında hərbi idarə rəhbərlərinin son görüşündə də Zalujnı görünməyib. Sosial şəbəkələr Zalujnının mayın 10-da NATO komandanlığı ilə videokonfransa qatılmamasına da diqqət çəkib.  

Dünən onun ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Komitəsinin sədri, general Mark Milli ilə telefonla danışdığı xəbəri yayılıb. Bunun həqiqətən baş verib-vermədiyi məlum deyil.  

Rusiya mənbələri isə Zalujnının mayın 7-8 aralığında Baxmut və Pavloqradda öldürülə biləcəyini iddia edirlər. Çünki mayın 7 və 8-də raket hücumuna məruz qalan obyektlərdən biri Pavloqradda Ukrayna Silahlı Qüvvələrinin komandirlərinin yerləşdiyi qərargahlardan biri olub. Hətta internetdə hərbi formada çox yararsız bir cəsədin fotosunun Zalujnıya məxsus ola biləcəyi də yayılan iddialar sırasındadır. Rusiya mənbələri istisna etmir ki, Zalujnı hava zərbələrinin birinin altına düşərək ölüb.

 

Daha bir versiyanı hərbi jurnalist Andrey Rudenko öz mənbələrinə istinadən təqdim edib. Onun sözlərinə görə, baş komandan sağdır, lakin yaralandıqdan sonra vəziyyəti ağır olduğundan ictimaiyyət qarşısına çıxmır. Onun sözlərinə görə, Zalujnı ilə yanaşı daha bir neçə yüksək rütbəli ukraynalı zabit yaralanıb. Bildirilir ki, ABŞ Zalujnı haqqında hər hansı məlumatın dərcinə qadağa qoyub. 

“Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, general Zalujnı sağ olsa da, ağır vəziyyətdədir, Kiyev Baş Hərbi Kliniki Xəstəxanada xarici mütəxəssislərin nəzarəti altındadır "deyə, rusiyalı jurnalist Telegram kanalında yazıb. 

Zalujnının ağır yaralı olması  barədə  məlumat  yayanlar onu da iddia edirlər ki, mayın 10-da generalın arvadı Yelenanı maşınla Kiyevdəki hərbi  klinikaya gedərkən görüblər və orada dörd saatdan çox ləngiyib.

Daha bir versiya da budur ki,  Valeri Zalujnı işdən çıxarılaraq nəzarətə götürülüb. Hərbi ekspertlərə görə, Zalujnı Ukrayna hakimiyyəti ilə yol getmirdi və onu “təhlükəli rəqib” kimi işdən kənarlaşdırıla, hətta həbs də edilə bilər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə bağlı şayiələr fonunda ukraynalı bloggerlər də onun müxtəlif məkanlardakı şəkillərini paylaşırlar. Onun  hərbçilərdən birinin toyunda qonaq olan kimi iştirak etdiyi fotosu da müzakirələrə səbəb olub. Blogger gözlənilmədən ukraynalıların tənqidə məruz qalıb və blogger fotonun çoxdan çəkildiyini  etiraf etməli olub. 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR