İnsanlara hürriyət, millətlərə istiqlal!

Xviça Maradona ilə müqayisə olunması haqda danışıb

662 12.11.2022 15:22 İdman A A

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya əfsanəvi argentinalı oyunçu Dieqo Maradona ilə müqayisə olunmasına münasibət bildirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi deyib:

“Düşünürəm ki, heç kim onunla müqayisə oluna bilməz. Maradona futbol əfsanəsi idi. Gələcəkdə onun kimi futbolçu görmək çox çətin olacaq. Amma təbii ki, kimsə məni onunla müqayisə edəndə çox sevinirəm. Bu, mənim üçün çox şey deməkdir və məndə daha da məsuliyyət hissi yaradır. Sizi belə bir oyunçu ilə müqayisə edəndə ancaq qürur duya və xoşbəxt ola bilərsiniz”.

Qeyd edək ki, Xviça bu yaydan etibarən "Napoli"də oynayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. Gürcüstanlı oyunçu bu mövsüm "Napoli"nin heyətində 17 matçda 8 qol vurub və 10 qolun ötürməsini verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR