İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəm Hidayətqızı: "Kişi olsaydım, gündə birini boşayardım" - VİDEO

3487 23.08.2022 11:15 Maraqlı A A

Aparıcı Xoşqədəm Hidayətqızı müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəm olub.

Musavat.com xəbər verir ki, atasına və anasına çox dəyər verən Hidayətqızı "Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Atama bir söz desə, onu küçəyə atardım" sözlərini söyləyib:

"Əgər bir oğul həyat yoldaşına onu doqquz ay bətnində gəzdirən qadını döyməsinə ixtiyar veribsə, mən o oğlanın yerinə olsam, boşayaram. Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Anama, atama bir söz desə, onu atacaqdım küçəyə aliment də verməyəcəkdim. Nə ondan olan uşağı qəbul edəcəkdim, nə də onun özünü. Bir manat belə verməzdim, acından ölsün".

Aparıcının "Səni axtarıram" verilişindəki bu açıqlaması böyük təəccübə səbəb olub.

Sözügedən görüntülər izləyici kütləsi böyük olan onlayn platformalarda paylaşılaraq müzakirələr yaradıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR