İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocavəndə niyə getmişdilər? - Onlara cinayət işi açıldı...

1424 06.04.2022 16:40 Kriminal A A

Xocavənddə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, rayon Polis Şöbəsinə Böyük Tağlar kəndi ərazisindən “Hovo” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR