İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda avtomobil dərəyə aşıb - Şirkət əməkdaşı xəsarət alıb

602 04.02.2023 18:10 Hadisə A A

Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

O deyib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonunun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqov idarə etdiyi "Hyundai" markalı yük avtomobililə idarəetməni itirib.

Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR