İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı qatili Xaçatryan: "Özümü heç bir ittihamda təqsirli bilmirəm" - VİDEO

1868 17.10.2023 12:13 Gündəm A A

"Özümü heç bir ittihamda təqsirli bilmirəm".

Musavat.com bildirir ki, bu barədə Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç ona qarşı səslənən ittihamlara cavab olaraq deyib.

Qeyd edək ki, məhkəmədə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım zamanı erməni terrorçu Vaqif Xaçatryanın qətlə yetirdiyi yaşlı sakinlərin adları açıqlanıb.

İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasinın dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib. Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-ci il təvəllüdlü Quliyeva Ruba Hacı qizini, 1903-cü il təvəllüdlü Quliyev Mətlab Qanimat oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 01 iyul 1932-ci il təvəllüdlü Novruzova Adile Məhəmməd qizini, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qizini, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qizinı, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu 01 iyul 1932-ci il təvəllüdlü Sadıqova Qonçə Məmmədbağır qizini, 01 iyul 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 01 iyul 1936-ci il təvəllüdlü Nurməmmedova Pakizə Islam qiızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nabi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 01 iyul 1938-ci il təvəllüdlü Kazimov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 01 iyul 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 01 yul 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşali polis bölmesinin polis (milis) serjantlan, 1969-cu i tevollüdlü Quliyev İsmayıl Qənimət oğlunu, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetirib.

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR