İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı dialoqunda iştirak edən erməninin kimliyi bilindi - ŞAHRAMANYAN KİMDİR?

2572 01.03.2023 16:00 Siyasət A A

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

 Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Musavat.com xəbər verir ki, görüşdə iştirak edən erməni nümayəndə Samvel Şahramanyandır. O, qondarma rejimin ''təhlükəsizlik şurasının katibidir''.

5544.JPG (48 KB)

Daha öncə isə  qondarma rejimin "təhlükəsizlik şurası katibinin müavini" vəzifəsində çalışıb.

Samvel Şahramanyan 2020-ci ilin may ayının 29-da qondarma “DQR”-in milli təhlükəsizlik xidmətinin direktoru vəzifəsindən istefa verib. Araik Arutunyan onu yeni hökumətdə hərbi-vətənpərvərlik təhsili, gənclər, idman və turizm naziri təyin edib və ona general-mayor rütbəsi verib. Həmin vaxt Şahramanyanın köhnə vəzifəsinə isə əslən Hadrut rayonunun Edilli kəndindən olan Əkbərin oğlu Kamo Ağacanyan təyin edilib.

Musavat.com Azərbaycan tərəfindən  məsul şəxs Ramin Məmmədovun dosyesini təqdim edir.

Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

Ramin Məmmədov 2001-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis, 2002-ci ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR