İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı canisinin məhkəməsi başladı

933 08.05.2023 16:22 Region A A

Mayın 8-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan bloku” fraksiyasının rəhbəri (Xocalı canisi-M.) Seyran Ohanyan, həmçinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin keçmiş komandiri Qriqori Xaçaturov və daha 11 nəfərə qarşı cinayət işinə baxmağa başlayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, təqsirləndirilən şəxslərin tərəfdarları, o cümlədən həlak olan hərbçilərin valideynləri məhkəmə binası qarşısında toplaşıblar.

Xatırladaq ki, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Milli Assambleya baş prokurorun vəsatətləri əsasında fevralın 8-də Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

Qriqori Xaçaturov vəzifə səlahiyyətlərindən istifadə edərək cinayət yolu ilə əldə edilmiş xüsusilə iri daşınmaz əmlakı leqallaşdırmaqda (çirkli pulların yuyulmasında) ittiham olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR