İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda DƏHŞƏT: Yaşayış binaları belə yandırılır - VİDEO

1235 11.06.2026 19:10 Ölkə A A

Xırdalanda “Xələfli MTK”ya məxsus binalardan biri artıq ikinci dəfədir ki, qəsdən yandırılır.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı bina sakinləri sosial şəbəkədə paylaşım ediblər.

Belə ki, yayılan görüntülərdə naməlum şəxslərin binadakı plastik boruların üzərinə yandırılmış əski parçaları atdığı bildirilir.

Bundan bir neçə gün əvvəl isə həmin binanın şaxtasında yerləşən elektrik şitlərinin alovlanmasını əks etdirən görüntülər yayılmışdı. Sakinlərin sözlərinə görə, həmin vaxt da yandırılmış parça elektrik şitlərinin üzərinə atılıb.

Hadisənin kimlər tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır./Bakupost.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR