İnsanlara hürriyət, millətlərə istiqlal!

XI sinif şagirdi Raulu öldürən bu şəxs imiş - TƏFƏRRÜAT

1823 23.01.2024 15:48 Kriminal A A

Gəncədə 17 yaşlı məktəblini qətlə yetirən F. Şabanovla bağlı yeni məlumatlar məlum olub.

Musavat.com xəbər verir ki, metbuat.az-ın əldə etdiyi məlumata görə, həmyaşıdı Raul Rəhimovu qətlə yetirməkdə təqsirləndirilən F. Şabanov həmin məktəbin şagirdi olmayıb. F. Şabanov Gəncə şəhərində başqa məktəbdə oxuyub. İntizamsız və dərsə davamiyyəti zəif olduğu üçün o, iki il əvvəl oxuduğu orta məktəbdən çıxarılıb. Bu gün səhər saatlarında Gəncə şəhər 8 saylı orta məktəbin qarşısına gələn F. Şabanov təsadüfən R. Rəhimovla mübahisə edib. Mübahisə nəticəsində o R. Rəhimovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncə şəhər şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimov təhsil aldığı 8 saylı orta məktəbin qarşısında kəsici-deşici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR