İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərə kükürdlü su axıdan şirkət cərimələndi

810 30.03.2024 18:39 Dünya A A

“Kaşaqan” yatağının operatoru “North Caspian Operating Company” (NCOC) ekoloji pozuntulara görə 12,419 milyard tenge (hazırkı məzənnə ilə 27,7 milyon ABŞ dolları) məbləğində cərimə ödəyib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 2022-ci ildə ekoloji müfəttişlik tərəfindən ekoloji icazə olmadan kükürd qazının yandırılması və hasilat sularının təmizlənmədən Xəzər dənizinə axıdılması faktları müəyyən edilib.

NCOC-a qarşı Atırau şəhərinin inzibati xətalara dair işlər üzrə ixtisaslaşdırılmış məhkəməsində baxılmış 5 inzibati iş başladılıb: “Bu ilin fevral ayında Atırau şəhərinin apellyasiya məhkəməsi şirkətə 12,419 milyard tenge məbləğində cərimə kəsib və bu məbləğ tam ödənilib”.

Hazırda qanun pozuntularının aradan qaldırılması ilə bağlı qərarın Ali Məhkəmədə baxışda olduğu da bildirilir. Əvvəllər Astana şəhərinin məhkəmələri sərəncamı qanuni və əsaslı hesab edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR